əl-Əhzab surəsi 51 - ci ayə
“Onlardan istədiyinin səninlə gecələmək növbəsini təxirə sala bilərsən, istədiyini də öz yanına ala bilərsən. Özündən ayırdıqlarından hansı birini yenidən öz yanına almaq istəsən sənə heç bir günah olmaz. Bu, onların sevinmələri, kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları üçün daha münasibdir. Allah qəlbinizdə olanları bilir. Allah Biləndir, Həlimdir”
Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Mən öz nəfslərini Peyğəmbərə - sallallahu aleyhi və səlləm - bağışlayan (heç bir təmənnasız ona ərə getməyə razılıq verən) qadınları danlayıb deyərdim: “Heç qadın da öz nəfsini bağışlayarmı?” Uca Allah “Onlardan istədiyinin səninlə gecələmək növbəsini təxirə sala bilərsən, istədiyini də öz yanına ala bilərsən. Özündən ayırdıqlarından hansı birini yenidən öz yanına almaq istəsən sənə heç bir günah olmaz...” (əl-Əhzab, 51) ayəsini nazil etdikdə, mən (Peyğəmbərə - sallallahu aleyhi və səlləm) dedim: “Mən görürəm ki, Rəbbin yalnız sənin istəyini tezliklə yerinə yetirir”.
əl-Buxari, 4721, 4788, 5113; İbn Məcə, 2000.