əz-Zumər surəsi 23 – 25 - ci ayələr

    08.05.2019
اللَّهُ نَزَّلَ أَحْسَنَ الْحَدِيثِ كِتَابًا مُتَشَابِهًا مَثَانِيَ تَقْشَعِرُّ مِنْهُ جُلُودُ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ ثُمَّ تَلِينُ جُلُودُهُمْ وَقُلُوبُهُمْ إِلَى ذِكْرِ اللَّهِ ذَلِكَ هُدَى اللَّهِ يَهْدِي بِهِ مَنْ يَشَاءُ وَمَنْ يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ * أَفَمَنْ يَتَّقِي بِوَجْهِهِ سُوءَ الْعَذَابِ يَوْمَ الْقِيَامَةِ وَقِيلَ لِلظَّالِمِينَ ذُوقُوا مَا كُنْتُمْ تَكْسِبُونَ * كَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ فَأَتَاهُمُ الْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ

 
“Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz. Qiyamət gününün dəhşətli əzabından üzü ilə qorunan kəs möminlə eynidirmi? Zalımlara: "Qazandığınızı dadın!"– deyilər. Onlardan əvvəlkilər də peyğəmbərləri yalançı saymışdılar və buna görə əzab da onlara gözləmədikləri yerdən gəldi”
 

عَنْ سَعْدٍ ، قَالَ : أُنْزِلَ عَلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْقُرْآنُ ، قَالَ : فَتَلاَهُ عَلَيْهِمْ زَمَانًا ، فَقَالُوا : يَا رَسُولَ اللَّهِ ، لَوْ قَصَصْتَ عَلَيْنَا فَأَنْزَلَ اللَّهُ : {الر تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ} إِلَى قَوْلِهِ : {لَعَلَّكُمْ تَعْقِلُونَ} الآيَةَ . قَالَ : ثُمَّ تَلاَهُ عَلَيْهِمْ زَمَانًا ، فَقَالُوا : يَا رَسُولَ اللَّهِ لَوْ حَدَّثْتَنَا فَأَنْزَلَ اللَّهُ تَعَالَى . {اللَّهُ نَزَّلَ أَحْسَنَ الْحَدِيثِ كِتَابًا مُتَشَابِهًا}.

 
Rəvayət edilir ki, Səd (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərə - sallallahu aleyhi və səlləm - Quran ayələri nazil edildi. O, bu ayələri uzun müddət oxudu və səhabələr: “Ey Allahın Elçisi! Bizə bir qissə (olmuş əhvalat) danış”- deyə ona müraciət etdilər və Allah da bu ayələri nazil etdi:Əlif. Ləm. Ra. Bu, açıq-aydın Kitabın ayələridir. Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz” (Yusuf, 1-2). O, bu ayələri də bir müddət oxuduqdan sonra səhabələr yenə: “Ey Allahın Elçisi! Bizə bir qissə danış”- deyə ona müraciət etdilər və Uca Allah bu ayəni nazil etdi: “Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz” (əz-Zumər, 23)”.
 
ət-Tabəri “Cəmiul-Bəyən” 18776, 18861; İbn Əbu Hatim “Təfsir” 11323; əl-Hakim, 3319. əl-Hakim, əz-Zəhəbi, Muqbil, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.