əz-Zumər surəsi 67 – ci ayə
“Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların Ona qoşduqları şəriklərdən ucadır”
Rəvayət edilir ki, Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: “Kitab əhlindən olan bir kişi Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gəlib dedi: “Ey Əbul-Qasim! Sənə bildirmək istəyirəm ki, Allah bir barmaq üzərində bütün məxluqatı, digər bir barmaq üzərində göyləri, başqa bir barmaq üzərində yerləri, daha bir barmaq üzərində ağacları və nəhayət bir barmaq üzərində də sərvətləri saxlayır”. Peyğəmbər - sallallahu aleyhi və səlləm - azı dişləri görünənə qədər (ürəkdən) güldü və bu ayə nazil oldu: “Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların Ona qoşduqları şəriklərdən ucadır” (əz-Zumər, 67)”.
Əhməd, 3590; əl-Bəzzər, 1496; Ibn Xuzeymə “ət-Tövhid” 104. Şeyx Muqbil, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.