Dəstəmaz alarkən ayaqlar yuyulur, yoxsa üzərinə məsh çəkilir?
Aleykum salam. Ayaqları yumaq vacibdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun". (əl-Maidə, 6).
Bununla yanaşı dəstəmaz aldıqdan sonra corab geyinsəniz, növbəti dəfə dəstəmaz aldıqda ayaqları yumaq əvəzinə corabın üzərinə məsh çəkə bilərsiniz. Muğira ibn Şu'bədən (Allah ondan razı olsun) rəvayət olunur ki, o, Peyğəmbərlə (salləllahu aleyhi va səlləm) birlikdə səfərdə ikən Peyğəmbər (salləllahu aleyhi va səlləm) təbii ehtiyacını rəf etmək üçün subaşına şıxdı. Sonra Muğira onun əllərinə su tökdü və o, dəstəmaz aldı – üzünü və qollarını yudu, başına və xoflarına məsh çəkdi. (əl-Buxari, 182).
Xof - dəridən düzəldilən ayaqqabıya deyilir. Məshin maksimum müddəti bir gün, səfərdə olan üçün isə üç gündür.