əl-Hucurat surəsi 2 – ci ayə
“Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz hədər gedər”
Rəvayət edilir ki, Ənəs ibn Malik (Allah ondan raı olsun) demişdir: “Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz hədər gedər” (əl-Hucurat, 2) ayəsi nazil olanda, Səbit ibn Qeys evində oturdu və “mən Cəhənnəm əhlindənəm”- deyərək, artıq Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına getmədi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - Səd ibn Muazdan soruşaraq belə dedi: “Ey Əbu Amr, Səbitin vəziyyəti necədir? Xəstələndimi?” Səd dedi: “O, mənim qonşumdur. Onun heç bir şeydən şikayətçi olduğunu bilmirəm”. Səd onun yanına gəldi və Peyğəmbərin - sallallahu aleyhi və səlləm - dediyini ona bildirdi. Səbit dedi: “Bu ayə endirildi. Artıq bilirsiniz ki, Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanında sizlərdən ən yüksək səsi olan mənəm və mən Cəhənnəm əhlindənəm”. Səd (Səbitin dediklərini) Peyğəmbərə - sallallahu aleyhi və səlləm - söylədi. Peyğəmbər - sallallahu aleyhi və səlləm: “Əksinə, o Cənnət əhlindəndir!”- deyə buyurdu”.
Muslim, 119, 170, 329; əl-Buxari, 3613, 4846.