əl-Vaqiə surəsi 75 – 82 – ci ayələr

    11.05.2019
فَلَا أُقْسِمُ بِمَوَاقِعِ النُّجُومِ * وَإِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ * إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ * فِي كِتَابٍ مَكْنُونٍ * لَا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ * تَنْزِيلٌ مِنْ رَبِّ الْعَالَمِينَ * أَفَبِهَذَا الْحَدِيثِ أَنْتُمْ مُدْهِنُونَ * وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ

 
“Ulduzların batdığı yerlərə and olsun! Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz. Həqiqətən, bu, ehtirama layiq Qurandır, qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır). Ona yalnız pak olanlar toxunur. O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. Siz bu kəlamı yalan sayırsınız? Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqla yerinə yetirirsiniz?”
 

حَدَّثَنِي ابْنُ عَبَّاسٍ قَالَ مُطِرَ النَّاسُ عَلَى عَهْدِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَصْبَحَ مِنْ النَّاسِ شَاكِرٌ وَمِنْهُمْ كَافِرٌ قَالُوا هَذِهِ رَحْمَةُ اللَّهِ وَقَالَ بَعْضُهُمْ لَقَدْ صَدَقَ نَوْءُ كَذَا وَكَذَا قَالَ فَنَزَلَتْ هَذِهِ الْآيَةُ {فَلَا أُقْسِمُ بِمَوَاقِعِ النُّجُومِ} حَتَّى بَلَغَ {وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ}

 
Abdullah ibn Abbas (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərin - sallallahu aleyhi və səlləm - za­ma­nında insanlara yağış yağdı və Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: “Bu gün insan­lar­dan kimisi şükr edən (bəndə), kimisi də kafir oldu! (Bəziləri): “Bu yağış Allahın rəh­məti­dir!”– dedilər. Bəziləri də: “Filan və filan ulduz­un ehtimalı doğ­ru çıx­dı![1]”– dedilər. Beləliklə də bu ayələr nazil oldu: “Ulduzların batdığı yer­lərə and olsun! Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləy­diniz. Həqiqətən, bu, ehtirama layiq Qurandır, qorunub saxlanılan Yazı­dadır (Lövhi-məhfuzdadır). Ona yalnız pak olanlar toxunur. O, aləmlərin Rəb­bindən na­zil edilmişdir. Siz bu kəlamı yalan sa­yırsınız?! Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqla yerinə yeti­rirsiniz?! Can boğaza yetişdiyi zaman – həmin an siz can verən adama ba­xırsınız. Biz ona sizdən daha ya­xın olu­ruq, siz isə bunu gör­mürsünüz”.) əl-Vaqiə, 75-82(“.
 
Muslim, 107, 243.

 
[1] Bəziləri yağışın məhz Allahın izni ilə yağ­masına iman gətirməklə şükür edənlər­, bəziləri də onun məhz ulduzların izni ilə yağmasına inanmaq­la kafir oldular!