Ərlə arvadı barışdırmaq üçün nə etmək olar?

    01.10.2019
Kimdən: 
Cavid
Sual: 
Salam ilk once size minnetdarligimi bildirirem.Size bir suaim olacaq menim bir yaxin qohumum var 8 ildir evlidirler hec bir problemleri yox idi sonra yoldasi Ingiltereye egtdi oxumaga cox anlayisli yerini bilen ve dindar insandir.Yoldasi ile Amerikaya kocduler nese qaqasin mamsi narazi idi mecbur olub geri qayitdilar bacisida dindardir.Sonra qaqas Azerbaycana geri dondu bir yerde ise daxil oldu duzu muduru anlayisli insan idi amma isi sixintili is idi neyse bri qeder problem yasadi sonra bacisi girdi araya oda dindardir yoldasi ile arasini vurdu 9 aydir kusuludurlervalideynler gorusduler oglan ailesini bele gormek istemir?Bunlari barisdirmaq ucun ne etmek olar?ne meslehet vere bilersiz?
Cavab: 

Və aleykum Salam. Ümumiyyətlə ailə məsələləri çox həssas mövzu olduğu üçün sualda qeyd olunan məlumatlara əsasən məsələnin həlli barədə bir şey demək çətindir. Həmçinin, ailə məsələləri ərlə arvadın iştirakı olmaqla hər iki tərəfin dindirilməsi ilə həll olunmalıdır. Həmçinin yaxşı olar ailə arasında baş verən problemləri ailəyə yaxın olan, onların etibar etdikləri və sözünü qəbul etdikləri insanlar həll etsin. Bu halda isə yalnız bunu deyə bilərik ki, problemin səbəbini araşdırmaq və ərlə arvadı bir-birinə nifrət bəslədən səbəbləri aradan qaldırmaq lazımdır. Həmçinin oxuyun:

Ailədə münaqişələrin yaranmaması üçün nə etmək lazımdır? 

Ailə münaqişələri

Teqlər: 
Paylaş: