Genetik hesablama yolu ilə uşağın cinsini təyin etmək günahdırmı?

    05.12.2019
Sual: 
Salaam aleykum genetik hesablamayla usaqin cinsiyyetini irelcadan bilmek haramdır mi?
Cavab: 
Və aleykum Salam. Uşağın qız və ya oğlan olacağını əvvəlcədən təyin mümkün deyildir. Çünki bu, Allahın işidir. Rəvayət edilir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Həqiqətən, Allah ananın bətnində bir mələk təyin etmişdir. O, Allaha üz tutaraq belə deyir: "Ey Rəbbim, bu, nütfədir, sonra ey Rəbbim, bu, qan laxtasıdır, sonra da ey Rəbbim, bu, ət parçasıdır". Sonra Allah insanın xilqətini tamamlamaq istədikdə, mələk: “Ey Rəbbim, bu kişidir, yoxsa qadın? Xoşbəxtdir, yoxsa bədbəxt? Onun ruzisi nə qədərdir və əcəli nə vaxtdır?” - deyə soruşaraq anasının bətnində beləcə yazır. (Səhih əl-Buxari, 3333).
Bu və digər səhih hədislərdən göründüyü kimi hətta mələklər uşağın cinsini təyin etmək iqtidarında deyillər. Bu, yalnız Allaha aid olan bir məsələdir və bunu əvvəlcədən öyrənmək mümkün deyil və buna ehtiyac da yoxdur. Bu cavabı oxuyun: 
Teqlər: 
Paylaş: