əl-Həşr surəsi

    15.05.2019
عن ابن عباس رضي الله عنهما قال : نزلت سورة الحشر بالمدينة.

 
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “əl-Həşr surəsi Mədinədə nazil olmuşdur”.
 
əs-Suyuti “əd-Durrul-Mənsur” 8/88, 14/331.

 
عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ قَالَ قُلْتُ لاِبْنِ عَبَّاسٍ سُورَةُ التَّوْبَةِ قَالَ التَّوْبَةُ هِىَ الْفَاضِحَةُ ، مَا زَالَتْ تَنْزِلُ وَمِنْهُمْ وَمِنْهُمْ ، حَتَّى ظَنُّوا أَنَّهَا لَمْ تُبْقِ أَحَدًا مِنْهُمْ إِلاَّ ذُكِرَ فِيهَا . قَالَ قُلْتُ سُورَةُ الأَنْفَالِ . قَالَ نَزَلَتْ فِى بَدْرٍ . قَالَ قُلْتُ سُورَةُ الْحَشْرِ . قَالَ نَزَلَتْ فِى بَنِى النَّضِيرِ .

 
Rəvayət edilir ki, Səid ibn Cubeyr (Allah ona rəhm etsin) demişdir: “Mən İbn Abbasdan “ət-Tövbə” surəsi barəsin­də soruşduqda, o (təəc­cüblə) dedi: “ət-Tövbə” surəsi? O ki, “əl-Fadihə”dir (ifşa edən ). Bu surə­də o qədər “va minhum… va minhum…” – və onlardan… və onlardan… ifadəsi nazil oldu ki, münafiqlər bu ayələrdə onların hər birinə aid (pis əməllərinin ifşa olunacağına dair) işarə olacağını zənn etdilər. Mən ondan “əl-Ənfal” surəsi barəsində soruşduqda, o bu surə­nin Bədr dö­­yü­şündə nazil olduğunu mənə xəbər verdi. Mən ondan “əl-Həşr” surəsi barəsində soruşduqda, o bu surənin Bəni Nədir qəbiləsinə aid nazil olduğunu mənə xəbər verdi”.
 
əl-Buxari, 4882; Muslim, 3031.