əl-Həşr surəsi 5 – ci ayə
“Xurma ağaclarını kəsməyiniz yaxud onları kökü üstündə salamat qoymağınız Allahın iznilədir və Onun fasiqləri rəzil etməsi üçündür”
Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - Buveyrə adlı yerdə, Bəni Nədir qəbiləsinə məxsus olan xurma ağaclarını kəsdi və yandırdı. Uca Allah da bu ayəni nazil etdi: “Xurma ağaclarını kəsməyiniz yaxud onları kökü üstündə salamat qoymağınız Allahın iznilədir və Onun fasiqləri rəzil etməsi üçündür” (əl-Həşr, 5)”.
əl-Buxari, 4884; Muslim, 4650; Əbu Dabud, 2617; ət-Tirmizi, 1552.
Abdullah ibn Abbas (Allah ondan razı olsun) bu ayəni izah edərkən demişdir: “Müsəlmanlar Bəni Nədir qəbiləsini qalalarından çıxartdıqdan sonra xurma ağaclarını kəsməyi onlara əmr etdi və bu onlara çox pis təsir etdi. Bu vaxt müsəlmanlar öz aralarında belə dedilər: “Biz xurma ağaclarının bəzilərini kəsmişik, bəzilərini isə kökü üstündə salamat qoymuşuq! Elə isə kəsdiyimiz ağaclara görə savab və kəsmədiklərimizə görə günah qazanıb qazanmamağımız barəsində Peyğəmbərdən - sallallahu aleyhi və səlləm - soruşaq!” Uca Allah da bu ayəni nazil etdi: “Xurma ağaclarını kəsməyiniz yaxud onları kökü üstündə salamat qoymağınız Allahın iznilədir və Onun fasiqləri rəzil etməsi üçündür” (əl-Həşr, 5)”.
ət-Tirmizi, 3303, 3616; əl-Bəzzər, 5145; ən-Nəsəi “Sunənul-Kubra” 11510; ət-Tabərani “Mucəmul-Əusat” 587. əl-Albani, Muqbil, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.