Azan verilərkən namaz qılmaq olarmı?

    05.12.2019
Sual: 
Salam men bilmek isteyirem azan verle verle namaz qılmaq olar yaxsa qutarmağını gözlemeliyik.
Cavab: 

Və aleykum Salam. Azan verilə-verilə namaz qılmaq olar. Lakin əgər qılmaq istədiyiniz namaz nafilə namazıdırsa və azanın verilməsinə az qalıbsa, bu halda yaxşı olar ki, əvvəl azanı dinləyib müəzzinin dediklərini təkrarlayasınız. Sonra Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) salavat deyib azandan sonra deyilən zikri deyəsiniz. Çünki belə etməklə həm azanı təkrarlamış, həm də nafilə namazını qılmış olarsınız. Yox əgər qılmaq istədiyiniz kecikmiş və ya unudulmuş fərz namazıdırsa, bu halda azanı gözləmədən fərz namazını qılmaq lazımdır. Əgər verilən azan Cümə namazının ikinci azanıdırsa və siz məscidə salam namazı qılmaq istəyirsinizsə, bu halda azan verilmiş olsa belə, məscidə salam namazını qılın. Çünki xütbəyə qulaq asmaq vacibdir. Əgər azanın başa çatmasını gözləsəniz xütbə gedə-gedə namaz qılmalı olacaqsınız. Xütbəyə qulaq asmaq isə vacibdir. 

Teqlər: 
Paylaş: