əl-Cumuə surəsi 11 – ci ayə
“Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni (minbərdə) ayaq üstə olduğun halda tərk etdilər. De: “Allah yanında qazanacağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir”
Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, (bir dəfə) biz Peyğəmbərlə - sallallahu aleyhi və səlləm - birlikdə namaz qılarkən ərzaq yüklü dəvə karvanı gəldi. Hamı tələsik karvana tərəf getdi. Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanında isə cəmi on iki nəfər qaldı və həmin vaxt bu ayə nazil oldu: “Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni (minbərdə) ayaq üstə olduğun halda tərk etdilər” (əl-Cumuə, 11)”.
əl-Buxari, 884, 936; Muslim, 2034; ət-Tirmizi, 3311.