Səfərdə tutulan oruc düzgün sayılırmı?

    05.12.2019
Sual: 
Salam aleykum men bakidayam sefere gedecem ismayilliya iftarimi orda aca bilerem ve orda oruc tuta bilerem tutdugum oruc batil sayilmir
Cavab: 
Və aleykum Salam. Səfərdə oruc tutmaq icazəlidir. Əgər səfərdə ikən oruc tutmaq sizə çətinlik və əziyyət törətmirsə, oruc tuta bilərsiniz və iftarınızı da getdiyiniz yerdə aça bilərsiniz. Əbu Dərda (Allah ondan razı olsun) demişdir: "Biz Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) birlikdə isti bir gündə səfərə çıxdıq. (Elə bir isti var idi ki,) istinin şiddətindən adam əlini başı­na tuturdu. Həmin gün aramızda Peyğəmbərdən və Abdullah ibn Rəvahadan başqa heç kəs oruc tutmamışdı" (Səhih əl-Buxari, 1945, Səhih Muslim, 1122).
Bu hədis dəlildir ki, səfərdə oruc tutmaq icazəlidir. Əgər səfərdə oruc tutmaq sizə çətinlik törədirsə, bu zaman oruc tutmaya bilərsiniz. Səfərdə ikən oruc tutmadığınız günlərin sayını yadda saxlayın və Ramazandan sonra başqa günlərdə qəzasını tutun. Uca Allah buyurur: "Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır". (əl-Bəqərə, 185).
Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun): "Səfərdə oruc tutmaq yaxşı əməl deyildir" - sözü isə oruc tutmağa çətinlik çəkməsinə baxmayaraq oruc tutana aiddir. Çünki, bu hadisənin baş vermə səbəbi belədir. Peyğəmbər (Allahın və ona ailəsinə salavatı və salamı olsun) səfər­də ikən ta­qətdən düşmüş bir kişinin ətrafına toplanmış səhabələri gö­rüb onlar­dan: "Nə baş veriib?" – deyə soruşdu. Onlar: "Bu adam oruc tutub"– deyə cavab verdilər. Pey­ğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurdu: "Səfərdə oruc tutmaq yaxşı əməl deyildir" (Səhih əl-Buxari, 1946). Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: