əd-Duha surəsi 1 – 3 cü ayələr

    22.05.2019
وَالضُّحَى (١) وَاللَّيْلِ إِذَا سَجَى (٢) مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَى (٣)

 
And olsun səhərə! And olsun sakitləşən gecəyə! Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu”
 

سَمِعْتُ جُنْدُبَ بْنَ سُفْيَانَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ اشْتَكَى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمْ يَقُمْ لَيْلَتَيْنِ أَوْ ثَلَاثًا فَجَاءَتْ امْرَأَةٌ فَقَالَتْ يَا مُحَمَّدُ إِنِّي لَأَرْجُو أَنْ يَكُونَ شَيْطَانُكَ قَدْ تَرَكَكَ لَمْ أَرَهُ قَرِبَكَ مُنْذُ لَيْلَتَيْنِ أَوْ ثَلَاثَةٍ فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ {وَالضُّحَى وَاللَّيْلِ إِذَا سَجَى مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَى}

 
Rəvayət edilir ki, Cundəb ibn Sufyən (Allah ondan razı olsun) demişdir: “Allah Elçisi - sallallahu aleyhi və səlləm - iki-üç gün xəstə yatdı. Bu vaxt bir qadın gəlib Peyğəmbərə - sallallahu aleyhi və səlləm - belə dedi: “Deyəsən şeytanın səni tərk edib! İki-üç gecədir ki, mən onun sənə yaxınlaşdığını (vəhy nazil etdiyini) görmürəm?” Bu vaxt Uca Allah bu ayələri nazil etdi: And olsun səhərə! And olsun sakitləşən gecəyə! Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu” (əd-Duha, 1-3)”.
 
əl-Buxari, 4569, 4950; Muslim, 3355, 4758; ət-Tabərani “Mucəmul-Kəbir” 1690.