əd-Duha surəsi 5 – ci ayə
وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَى (٥)
“Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan”
عَنْ عَلِيِّ بْنِ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ ، عَنْ أَبِيهِ ، قَالَ : عُرِضَ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَا هُوَ مَفْتُوحٌ عَلَى أُمَّتِهِ مِنْ بَعْدِهِ ، كَفْرًا كَفْرًا ، فَسُرَّ بِذَلِكَ ، فَأَنْزَلَ اللَّهُ {وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَى}. فَأَعْطَاهُ فِي الْجَنَّةِ أَلْفَ قَصْرٍ ، فِي كُلِّ قَصْرٍ ، مَا يَنْبَغِي مِنَ الأَزْوَاجِ وَالْخَدَمِ.
Əli ibn Abdullah ibn Abbas (Allah ondan razı olsun) atasının belə dediyini rəvayət edir: “Müsəlman ümmətinə nəsib olacaq xəzinələr (bol-bol nemətlər) Allah Elçisinə - sallallahu aleyhi və səlləm - göstərildi və o, çox sevindi. Uca Allah da bu ayəni nazil etdi: “Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan” (əd-Duha, 5). Rəbbi ona Cənnətdə min qəsr bəxş etmişdir ki, onların hər birində ona layiq zövcələr və xidmətçilər mövcuddur”.
ət-Tabəri “Cəmiul-Bəyən” 37859; ət-Tabərani “Mucəmul-Kəbir” 10503, “Mucəmul-Əusat” 3209. Şeyx Muqbil, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.