əl-Ələq surəsi 6 – 19 – cu ayələr

    23.05.2019
كَلَّا إِنَّ الْإِنْسَانَ لَيَطْغَى (٦) أَنْ رَآهُ اسْتَغْنَى (٧) إِنَّ إِلَى رَبِّكَ الرُّجْعَى (٨) أَرَأَيْتَ الَّذِي يَنْهَى (٩) عَبْدًا إِذَا صَلَّى (١٠) أَرَأَيْتَ إِنْ كَانَ عَلَى الْهُدَى (١١) أَوْ أَمَرَ بِالتَّقْوَى (١٢) أَرَأَيْتَ إِنْ كَذَّبَ وَتَوَلَّى (١٣) أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرَى (١٤) كَلَّا لَئِنْ لَمْ يَنْتَهِ لَنَسْفَعًا بِالنَّاصِيَةِ (١٥) نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍ (١٦) فَلْيَدْعُ نَادِيَهُ (١٧) سَنَدْعُ الزَّبَانِيَةَ (١٨) كَلَّا لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِبْ (١٩)

 
“Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. Axı son dönüşün Rəbbinədir! Gördünmü o kəsi ki, mane olur bir bəndəyə namaz qıldığı zaman? Söylə görək, əgər o bəndə doğru yoldadırsa, yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun? Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun? Məgər o bilmir ki, Allah görür? Xeyr! Əgər son qoymasa, Biz onun kəkilindən tutacağıq – yalançı, günahkar kəkilindən. Qoy öz yığnağını çağırsın. Biz də əzab mələklərini çağıracağıq. Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş!”
 

عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : كَانَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي فَجَاءَ أَبُو جَهْلٍ فَقَالَ : أَلَمْ أَنْهَكَ عَنْ هَذَا ؟ أَلَمْ أَنْهَكَ عَنْ هَذَا ؟ أَلَمْ أَنْهَكَ عَنْ هَذَا ؟ فَانْصَرَفَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَزَبَرَهُ ، فَقَالَ أَبُو جَهْلٍ : إِنَّكَ لَتَعْلَمُ مَا بِهَا نَادٍ أَكْثَرُ مِنِّي ، فَأَنْزَلَ اللَّهُ : {فَلْيَدْعُ نَادِيَهُ سَنَدْعُ الزَّبَانِيَةَ} فَقَالَ ابْنُ عَبَّاسٍ : وَاللَّهِ لَوْ دَعَا نَادِيَهُ لأَخَذَتْهُ زَبَانِيَةُ اللَّهِ.

 
Rəvayət edilir ki, İbn Abbas demişdir: "Peyğəmbər - sallallahu aleyhi və səlləm - namaz qılarkən Əbu Cəhl gəlib ona belə dedi: “Mə­gər mən bunu sənə qadağan etməmişdim?” Bunu üç dəfə təkrarladı. Peyğəmbər - sallallahu aleyhi və səlləm - onun dediyinə məhəl qoymayıb getdi. O, Peyğəmbərin - sallallahu aleyhi və səlləm - arxasınca donquldana­raq dedi: “Sən yaxşı bilirsən ki, mənim nə qədər tərəfdarım var”. Uca Allah bu ayələri  nazil etdi:  “Qoy öz yığnağını çağırsın. Biz də əzab mələklərini çağıracağıq” (əl-Ələq, 17-18). İbn Abbas (r.a) belə deyir: “Allaha and olsun ki, o tərəfdarla­rını çağırsaydı Cəhən­nəm­­ gözətçiləri onu məhv edərdilər”.
 
ət-Tirmizi, 3349, 3672; ən-Nəsəi “Sunənul-Kubra” 11620, 11684. əl-Albani və Muqbil səhih olduğunu bildirmişlər.
 

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ أَبُو جَهْلٍ هَلْ يُعَفِّرُ مُحَمَّدٌ وَجْهَهُ بَيْنَ أَظْهُرِكُمْ قَالَ فَقِيلَ نَعَمْ فَقَالَ وَاللَّاتِ وَالْعُزَّى لَئِنْ رَأَيْتُهُ يَفْعَلُ ذَلِكَ لَأَطَأَنَّ عَلَى رَقَبَتِهِ أَوْ لَأُعَفِّرَنَّ وَجْهَهُ فِي التُّرَابِ قَالَ فَأَتَى رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يُصَلِّي زَعَمَ لِيَطَأَ عَلَى رَقَبَتِهِ قَالَ فَمَا فَجِئَهُمْ مِنْهُ إِلَّا وَهُوَ يَنْكُصُ عَلَى عَقِبَيْهِ وَيَتَّقِي بِيَدَيْهِ قَالَ فَقِيلَ لَهُ مَا لَكَ فَقَالَ إِنَّ بَيْنِي وَبَيْنَهُ لَخَنْدَقًا مِنْ نَارٍ وَهَوْلًا وَأَجْنِحَةً فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَوْ دَنَا مِنِّي لَاخْتَطَفَتْهُ الْمَلَائِكَةُ عُضْوًا عُضْوًا قَالَ فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ لَا نَدْرِي فِي حَدِيثِ أَبِي هُرَيْرَةَ أَوْ شَيْءٌ بَلَغَهُ {كَلَّا إِنَّ الْإِنْسَانَ لَيَطْغَى أَنْ رَآهُ اسْتَغْنَى إِنَّ إِلَى رَبِّكَ الرُّجْعَى أَرَأَيْتَ الَّذِي يَنْهَى عَبْدًا إِذَا صَلَّى أَرَأَيْتَ إِنْ كَانَ عَلَى الْهُدَى أَوْ أَمَرَ بِالتَّقْوَى أَرَأَيْتَ إِنْ كَذَّبَ وَتَوَلَّى} يَعْنِي أَبَا جَهْلٍ {أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرَى كَلَّا لَئِنْ لَمْ يَنْتَهِ لَنَسْفَعًا بِالنَّاصِيَةِ نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍ فَلْيَدْعُ نَادِيَهُ سَنَدْعُ الزَّبَانِيَةَ كَلَّا لَا تُطِعْهُ}

 
Rəvayət edilir ki, Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Əbu Cəhl ərəblərə belə dedi: “Muhəmməd sizin yanınızda üzünü torpağa sürtürmü?” Onlar: “Bəli”- deyə cavab verdikdə, o dedi: “And olsun Lat və Uzzaya, əgər mən onun belə etdiyi­ni görsəm, boynundan basıb üz-gözünü torpağa bulaşdıracağam!” Peyğəm­bər - sallallahu aleyhi və səlləm - gəlib namaz qılmağa başladı və Əbu Cəhl dediklərini doğrultmaq üçün ona tərəf yaxınlaşdı. Lakin hər dəfə onun üzə­ri­nə hücum et­dikdə əlləri ilə özünü müdafiə edərək ar­xaya çəkilirdi. Ondan: “Sənə nə olub?”- deyə soruşduqda, o dedi: “Onunla mənim aramda çox va­hi­mə­li, atəşli bir xəndək və (mə­ləklərin qanadlarına oxşar) qanadlar var idi”. Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Əgər mənə yaxınlaşsaydı, mələk­lər onu didib parça-parça edərdilər!” Uca Allah da bu ayə­ləri nazil etdi: “Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. Axı son dönüşün Rəbbinədir! Gördünmü o kəsi ki, mane olur bir bəndəyə namaz qıldığı zaman? Söylə görək, əgər o bəndə doğru yoldadırsa, yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun? Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun? Məgər o bilmir ki, Allah görür? Xeyr! Əgər son qoymasa, Biz onun kəkilindən tutacağıq – yalançı, günahkar kəkilindən. Qoy öz yığnağını çağırsın. Biz də əzab mələklərini çağıracağıq. Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş!” (əl-Ələq, 6-19)”.
 
Muslim, 5005, 7243.