Qadını şantaj etməklə zinaya sürükləyən kəsdən necə qurtulmaq olar?
Sual:
Salam xaiw edirem sualimu cvblayin.menim 2u yawim var.ayrilmiwam kecmiwde buraxdigim sehvlerime gore tovbe etmiwem hicabliyam namaz qilir oruc tuturam.kecmiwde goruwduyum oglanla. Yeniden qarwilawmiwam. Meni gunaha suruklerir.defelerce dalawmiwam ayrila bilmir menden.ona yaxinliq etmirm Allaha hemiwe menden uzaq qalmagini yalvarmiwam.ailelidi meni wantajla qorxuzur. Men neyliye bilirem nolar cvb yazin. Yenede cixiw yolu Allaha dua etmemdi bilirem.ondan ayrilmaq ucun mene ne meslehet gorersiz.istyrem meni unutsun 9 ildir munasibetimiz var men hicaba kecenden sora tovbe edenden sora deli olub ozuyle goruwmurem deye. Allah xatrine mene meslehet verin.o mende. El ceksin gunah etmesin.
Cavab:
Va aleykum Salam. İlk növbədə bilmək lazımdır ki, zina etmək böyük günahlardan biridir. Zinanın haram olması və bu günahdan uzaqlaşmağın yolları barədə bu sualların cavablarını oxuyun:
Zinadan necə qorunmaq olar?
Zina etmiş insan necə tövbə edə bilər?
Zinadan necə qorunmaq olar?
Zina etmiş insan necə tövbə edə bilər?
Sualın ikinci hissəsinə gəlincə, əgər oğlan əl çəkmirsə və istəyinə nail olmaq üçün şantaj edirsə, bu çox ciddi məsələdir. Bundan qurtarmaq üçün himayəsində olduğunuz kişilərə (ata, əmi, qardaş və s.) xəbər verin. Qoy onlar bir tədbir görsünlər. Hətta bunun üçün hüquq-mühafizə orqanlarına da xəbər edə bilərsiniz. Dini qorumaq çox önəmlidir. Yusuf Peyğəmbər (Allahın ona salamı olsun) zinadan qaçmaq üçün hətta zindana girməyə belə razı oldu. Bu xüsusda Uca Allah buyurur: "Qadın dedi: "Barəsində məni qınadığınız oğlan bax budur! Mən onu yoldan çıxartmağa çalışdım, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, əlbəttə ki, zindana atılacaq və zəlillərdən olacaqdır". Yusuf dedi: "Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər və cahillərdən olaram". Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Həqiqətən, O, Eşidəndir, Biləndir. Bu qədər dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər". (Yusif, 32-35). Bu ayələrə fikir versək görərik ki, qadın Yusufu tovlayıb zinaya çəkmək istəyirdi. Yusuf isə Rəbbinə dua etdi ki, onu bu fitnədən qorusun. Uca Allah da onu qadınların fitnəsindən qorudu. O zindana girdi, səbir etdi, lakin sonunda Allahın əmrinə müxalif olmadığı üçün Allah onu ucaltdı. O, ölkənin vəziri oldu. Qadın da peşman oldu və rəzil oldu. Səbr edənlərin mükafatı budur. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir: "Naməhrəmə baxmaq iblisin zəhərli oxlarından biridir. Kim onu Allahdan qorxaraq tərk edərsə, Uca Allah onu elə bir iman ilə mükafatlandırar ki, onun sayəsində qəlbində imanın şirinliyini dadar, tapar". (İmam Əhməd). Ona görə bilmək lazımdır ki, ucalıq və izzət yalnız Allahın əmrlərinə tabe olub, qadağalarından çəkinməkdədir. Rəzillik və alçaqlıq isə Allaha asi olmaqdadır.