Pişiyi hamilə olduğu halda bilmədən vurmaq günahdırmı?

    10.12.2019
Kimdən: 
vusal
Sual: 
bilmeden pişiyi hamile ola ola vurmaq gunahdırmı?
Cavab: 
Salam aleykum. Ümumiyyətlə dinimiz canlılara qarşı şəfqətli olmağı və onlara əziyyət verməməmyi buyurur. Bir dəfə əshabələr dedilər: "Ey Allahın elçisi, məgər heyvanlara (et­di­yi­miz yaxşılıq­lara) görə də bizə savab yazılır?" Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Hər bir canlıya (gös­tərdiyin qayğıya) görə savab vardır" (əl-Buxari, 2363). Bu hədis dəlalət edir ki, canlıya verilən əzaba görə də günah yazılır. Bu barədə daha ətraflı cavabı bu linkdən oxuyun:
Heyvanlara əziyyət vermək haqqında

 

Paylaş: