Selfi və ya fotoşəkil çəkmək olarmı?

    30.06.2019
Sual: 
Salam aleykum. Men bilmek isteyirem ki selfie ve ya fotoşekil çeke bileremmi. Xahiş edirəm qısa olaraq beli çekmek olar ve ya xeyr çekmek olmaz kimi qısa cavab verib başqa məqaləyə yönəltməyəsiz. İndidən çox sağolun.
Cavab: 

Va aleykum salam. yalnız sənəd və s. bu kimi zəruri hallarda fotoşəkil çəkdirmək olar. Əylənmək və ya xatirə üçün fotoşəkil çəkdirmək qadağandır. Dəlil isə bu hədisdir: Rəvayət edilir ki, bir dəfə bir nəfər İbn Abbasın (Allah onlardan razı olsun) yanına gəlib dedi: "Ey Əbu Abbas, mən insanam; mənim dolanışığım əl işlərimdən çıxır; mən bu rəsmləri çəkirəm". İbn Abbas (Allah onlardan razı olsun) dedi: "Mən sənə ancaq Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) eşit­diyimi danışaca­ğam. Mən onun belə dediyini eşitmişəm: "Kim rəsm çə­kər­sə, (o adam) həmin rəsmə ruh üfürənə qədər Allah ona əzab verər. O isə heç vaxt ona ruh üfürə bilməyəcək". O adam dərindən ah çəkdi və (qor­xudan) onun rəngi saraldı. İbn Abbas (Allah onlardan razı olsun) dedi: "Ay biçarə! Çəkmək istəyirsənsə, ağac və başqa cansız şeylərin şəklini çək". (Səhih əl-Buxari, 2225). Əlavə dəlillər üçün bu sualın cavabına baxın: Şəkil çəkdirmək olarmı?

Paylaş: