Naməhrəmin görmə ehtimalı olarsa, qadın evdə hicab geyinməlidirmi?

    03.07.2019
Sual: 
Salam aleykum,1.Bayram namazi kimlere vacibdir? 2.Qonsunun evin icini gudmesi ve hicabli qadini oz evinin icinde hicabsiz gormesi kime gunah sayilir?Bu halda qadin mecburduki oz evinde hicabli gezsin?
Cavab: 

Birinci suala gəlincə üstün olan rəy budur ki, bayram namazı vacib deyil. Lakin Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) bu namaza xüsusi önəm verməsi bu namazın son dərəcə əhəmiyyətli olmasına dəlalət edir. 

İkinci suala gəlincə müsəlman gərək digər müsəlmanları güdməsin. Xüsusən də evləri güdmək böyük günahdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir". (əl-Hucurat, 12). Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) hədisdə buyurur: "Ey dildə iman gətirib, qəlbinə isə iman girməyən kəslər! Müsəlmanların qiybətini etməyin! Onların övrətini güdməyin! Müsəlman qardaşın eybini açmağa çalışan kəsin Allah eybini açar. Allah eybini açdığı kəs isə evinin küncündə olsa belə eybi açılar". (Əhməd, Əbu davud) 

Qadının hicabsız görünməsinin günahı ilk növbədə qadına yazılır, çünki, bundan qadın sorumludur. Həmçinin, evin kişisi də bundan müəyyən qədər sorumludur, çünki kişi ailəsinin namusuna görə cavabdehdir. Əgər evin içi görünürsə, o zaman kişi bunun qarşısını almaq üçün bir tədbir görməlidir. Qadının üzərinə düşən isə özünü naməhrəmlərdən qorumaqdır. Buna görə əgər qadını naməhrəmlərin görməsi ehtimalı varsa, bu vəziyyət aradan qalxana qədər qadın öz ehtiyatını tutub hicabla gəzməlidir. Həmçinin, bu sualların cavablarına baxa bilərsiniz:

  1. Qadının hicabı açıq olarkən bilmədən naməhrəm görərsə, günah olurmu?

  2. Kimlərin yanında hicabı açmaq olar? (Məhrəm və naməhrəm kimlərdir?)

Paylaş: