Oruc tutduğum halda səfərə çıxıb orucu pozduqda kəffarəsi nədir?

    25.06.2019
Sual: 
Salam niyyet edib oruc tutmak ve hemin gün sefere cıxıb orucu pozaramsa qezası nedi? Seferde pozulan orucun kefaleti nedi?
Cavab: 

Va aleykum salam. Şəriətə görə səfərə çıxan insan orucunu poza bilər. Əgər pozulan oruc Ramazan orucu, qəza və ya nəzir kimi vacib oruc olarsa, bu orucları başqa günlərdə qəza etmək lazımdır. Əgər nafilə orucudursa, bu orucu qəza etmək lazım gəlmir və bunun üçün kəffarə də ödəmək lazım deyil. Həmçinin, bilmək lazımdır ki, el arasında səfər sayılan məsafədə yol getdikdə müsafir sayılırsınız. Məsələn, Bakıdan Sumqayıta getmək el arasında səfər sayılmır, Bakıdan Qəbələyə getmək isə artıq səfər sayılır. Səfər barədə əlavə olaraq aşağıdakı sualların cavablarına qayıda bilərsiniz:

Oruclu halda səfərə çıxmaq orucu pozurmu?

Səfərə gedəcəyini bilən adam orucunu poza bilərmi?

Səfərdə olarkən oruc tutmadığım günlərin qəzasını neçə gün tutmalıyam?

Paylaş: