İsa peyğəmbər yəhudi olubmu və xristianlıq necə yaranıb?

    25.06.2019
Kimdən: 
Rəşad Mahmudov
Sual: 
Salam Aleykum.Deyilene göre İsa Peyğember yehudi olmuşdur.Xristianlarda ona inanır.bes xristian dini nece yarandı.ümümiyyetle bir peyğemberi olubmu?
Cavab: 

Və aleykum Salam. Əgər İsanın (Allaın ona salamı olsun) millətini nəzərdə tutursunuzsa, cavab olaraq deyirik ki, bəli, İsa İsrail oğullarından olmuşdur. İsrail oğulları isə sonradan yəhudilər kimi tanınırdı. Lakin əgər İsanın (Allahın ona salamı olsun) gətirdiyi dini nəzərdə tutursa, o zaman demək olmaz ki, İsa yəhudi və ya nəsrani (xaçpərəst) dinində olmuşdur, çünki bütün peyğəmbərlərin gətirdikləri din İslam olmuşdur. "İslam" sözünün mənası isə Allaha təslim olaraq tək Ona ibadət etmək və göndərdiyi peyğəmbərləri təsdiq etməkdir. Uca Allah Nuh Peyğəmbər (Ona salam olsun!) barədə buyurur: "Əgər üz çevirsəniz, bilin ki, mən sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq Allahdadır. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir". (Yunis, 72). Uca Allah İbrahim Peyğəmbər (aleyhis-sələm) barədə buyurur: "İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi". (Ali İmran, 67). Musa Peyğəmbər (Allahın ona salamı olsun) barədə buyurur: "Musa dedi: "Ey qövmüm! Əgər Allaha iman gətirmişsinizsə və müsəlman olmuşsunuzsa, Ona təvəkkül edin!" (Yunis, 84). Yusif Peyğəmbər (Allahın ona salamı olsun) barədə buyurur: "Sən dünyada da, axirətdə də mənim Himayədarımsan. Mənim canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur". (Yusif, 101). Bu səbəbdən Musa Peyğəmbərin yəhudi dinində olmasını demək olmaz. Həmçinin, İsa Peyğəmbərin nəsrani və ya xaçpərəst olmasını demək olmaz. 
Xristianlığın meydana gəlməsinə gəlincə, bu din Uca Allahın İsa Peyğəmbəri öz dərgahına qaldırmasından sonra olmuşdur.  Uca Allah İsa Peyğöəmbəri İsrail oğullarına göndərmişdir. O, Musanın gətirdiyi Kitaba (Tövrata) iman gətirmiş və onu təsdiqləmişdi. Uca Allah buyurur: "Allah ona yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək. Allah onu İsrail oğullarına bir elçi edəcəkdir. O deyəcəkdir: "Mən sizə Rəbbinizdən elçi olduğumu təsdiqləyən bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün dəlil vardır. Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin". (Ali İmran, 48-50). Lakin İsrail oğullarından az bir qisim istisna olmaqla əksəriyyəti ona inanmadı və ona hiylə quraraq onu öldürmək istədilər. Uca Allah isə Öz peyğəmbərini xilas etdi və onu Öz dərgahına yüksəltdi. Uca Allah bu barədə buyurur: "Onlar həm də küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə, bir də: "Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!"– dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir". (ən-Nisa, 156-158). İsa Allah dərgahına yüksəldikdən sonra onun gətirdiyi din düzgün olmayan bir şəkildə İsrail oğullarından başqalarına təbliğ olunmağa başladı. Beləcə xristianlıq yayıldı. Onlar İsaya olan məhəbbətindən onu Allahın oğlu kimi qələmə verdilər. Bəziləri isə Allahın onun özü olduğunu deyirlər. Bu deyilənlər hamısı İsaya və Allaha iftiradır. Uca Allah xristiyanların bu iddialarını rədd edərək buyurur: "Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir"– deyənlər artıq kafir oldular. Məsih isə demişdir: "Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır". "Allah üçlüyün üçüncüsüdür!"– deyənlər artıq kafir oldular. Halbuki Tək İlahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara mütləq ağrılı-acılı bir əzab toxunacaqdır. Onlar Allaha tövbə edib Ondan bağışlanma diləməyəcəklər? Allah ki Bağışlayandır, Rəhmlidir. Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişlər. Onun anası isə Allaha sidq ürəkdən inanan bir qadın idi. Hər ikisi də yemək yeyirdi. Bax gör ayələrimizi onlara necə bəyan edirik, sonra da gör onlar haqdan necə döndərilirlər". (əl-Maidə, 72-75). Əlavə olaraq bu sualların cavablarına baxa bilərsiniz:
Müsəlmanla Xristian fərqi nədədir?
İslam - tək haqq dindir!
Xristianlar niyə kafirdir?

Paylaş: