Əli ibn Əbu Talibə əleyhi-salam demək olarmı?

    14.08.2019
Sual: 
Əli r.a. Əli ə.s demək olarmi?
Cavab: 

əs-Sələmu aleykum. "Əleyhis-sələm" sözünün mənası "ona salam olsun!" deməkdir. Bu sözü Peyğəmbərlərin (Onlara Allahın salamı olsun!) adları zikr olunarkən deyirik. Uca Allahın Quranda buyurduğu kimi: "Elçilərə salam olsun! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!" (əs-Saffat, 181-182).

Peyğəmbərin səhabələri zikr olunarkən isə "radiyallahu anhu" (əgər qadındırsa "anhə") "Allah ondan razı olsun!" deyilir. Uca Allah Quranda buyurur: "Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır (radiyallahu anhum), onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur" (Tövbə, 100).

Həmçinin buyurur: "Möminlər Hüdeybiyyədə ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı" (əl-Fəth, 18).

"Əleyhis-salam" (ona salam olsun!) sözünü səhabələr üçün də istifadə etmək olar. Lakin, hər hansı bir səhabəni bu məsələdə digərindən fərqləndirərək adı çəkiləndə daim "əleyhis-salam" sözünü işlətmək səhabələr arasında ayrı-seçkilik salmaq hesab olunur. Ona görə də yuxarıdakı ayələrdə qeyd edildiyi kimi "radiyallahu anhum" (Allah onlardan razı olsun) demək daha münasib və düzgün hesab olunur. Həmçinin oxuyun:


Teqlər: 
Paylaş: