Qadının kəbində iştirak etməsi şərtdirmi?

    27.08.2019
Kimdən: 
Günay
Sual: 
Salam.Mən yenicə ailə qurmuşam.Kəbinimizi kəsiblər.Amma mənim iştirakım olmadan.Razılığımı bildirmişəm .sadəcə özüm iştirak etmədim .belə olduqda kəbin batildi?
Cavab: 

Va aleykum salam. Kəbinin doğru sayılması üçün qadının vəlisinin (ata, qardaş, baba, əmi və s.) icazəsi və iki şahidin iştirakı olmalıdır. Hətta qadının razılığı olsa belə vəlisinin izni olmasa, kəbin doğru sayılmaz. Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Vəli və iki şahid olmadan nikah yoxdur". (Əbu Davud, 2085).

Qadının razılığı olduğu təqdirdə onun kəbində iştirak etməsi şərt deyil və bu cür kəsilən nikah icazəlidir. Həmçinin oxuyun:

Nikah bağlamağın qaydaları

Teqlər: 
Paylaş: