Baxıcıya getmək olarmı?

    28.08.2019
Kimdən: 
Leyla.N
Sual: 
Salam menim qaynanamla problemim var. Yoldasimla aramiza girir bizi ayirmaq isteyir.yalan yalnis yoldasimi doldurub soz sohbetler yaradim.artiq bowanma heddine gelib cixmiwiq. Sulaim Bir nece nefer bize qaynananin dilini agzini baglamaq ucun baxiciya getmeyi meslehet gordu. Men cox qorxuram bunun gunahindan.Ama ailem dagilmasin diyede bir terefden isteyirem.Bir ailenin dagilmamasi ucun bunu etsem gunahi ne qeder olar?
Cavab: 

Va aleykum salam. Baxıcıya getmək böyük günahlardan sayılır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar etmiş olar. Kim də yanına gedib, amma onun söylədiklərini təsdiq etməzsə, qırx gün namazı qəbul edilməz". (əl-Heysəmi, 5/117; əl-Bəzzar, 3/399). Həmçinin oxuyun:

Çətinliyə düşəndə mollanın yanına gedib dua yazdırmaq olarmı?

Dua vasitəsilə kiminsə ağzını bağlamaq olarmı?

Maraq üçün falçıya gedib baxdırmaq olarmı?

Qaynanamla yola getmirəm, nə edim?

Sehr nədir? 


Paylaş: