Şeytanı daşlamaq dinimizdə varmı?
Sual:
Salam aleykum şeytan daşlamaq dinimizde var?
Cavab:
Va aleykum salam. Dinimizdə şeytana daş atmaq deyilən bir əməl yoxdur. Lakin həcc mərasimində Cəmərata daş atmaq deyilən bir əməl var. Bu əməlin "şeytana daş atmaq" adlandırılması doğru deyil. Bu əməli yerinə yetirməkdə məqsəd Allahı zikr etməkdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kəbəni təvaf etmək, səfa və mərva təpələri arasında səy etmək, cəməratı daşlamaq yalnız Allahı zikr etmək üçündür" (Əbu Davud, 1888; ət-Tirmizi, 902). Həmçinin oxuyun: Həcc ziyarəti zamanı Camarata daş atmağın tarixi necədir?