Təzə evə köçəndə ilk olaraq nə aparmaq lazımdır?

    03.09.2019
Sual: 
Salam. Teze eve kocende ilk ne aparmaq lazimdi? Hansi dualar oxunmalidir?
Cavab: 

 Va aleykum salam. Təzə evə köçərkən ilk olaraq nəsə aparmaq haqda şəriətimizdə heç bir buyruq bildirilməmişdir. Təzə evə köçən insan bu nemətə görə ilk növbədə Uca Allaha şükür etməlidir. Bu şükrü həm qəlb, dil, həm də əməl ilə yerinə yetirməlidir. Bu nemətə görə əməldə şükür etmək üçün orada Allahı razı salacaq əməllərlə məşğul olmalı, asiliklərdən və Allahı qəzəbləndirəcək əməllərdən çəkinməlisiniz. Uca Allah bu xüsusda buyurur: "O zaman Rəbbiniz bildirmişdi: "Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir" (İbrahim, 7).

Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Kim bir yerdə məskunlaşarsa və: "Əuzu bikəlimətilləhit-təmməti min şərri mə xaləqa" (Yaratdıqlarının şərindən Allahın tam Kəlamlarına sığınıram) - desə, o yeri tərk etməyincə, ona heç bir şey zərər verməz" (Muslim, 2708).

Həmçinin, "Müsəlman qalası" kitabında evə aid olan zikrləri etmək bəyənilən əməldir. 

 

Teqlər: 
Paylaş: