Nə edim ki, övladım əməli salehlərdən olsun?
Aleykum salam. Əlbəttə, bunun üçün ilk növbədə Uca Allaha ixlas ilə (səmimi qəlbdən) təvəkkül edərək dua etmək və düzgün tərbiyədən başlamaq lazımdır. İlkin tərbiyə isə ana bətnindən başlayır. Necə ki, hədislərdə belə xəbər verilir. Həmçinin uşaqlıqdan islam dəyərlərini öyrətmək, namaza həvəsləndirmək və övladınız üçün düzgün dost-yoldaş seçmək lazımdır. Çünki insanın olduğu mühit və oturub durduğu dostları birbaşa onun formalaşmasına və əxlaqına təsir edir. Bundan əlavə valideynlərdən də çox şey asılıdır. Əgər valideyn özü ibadətlərə və digər xeyir əməllərə biganə yanaşarsa, bunun mənfi təsiri övladdan da yan keçməz. Odur ki, çalışın evdəki abu-havada islama uyğun bir mühit olsun. Siz bütün bu deyilən və digər səbəblərdən düzgün şəkildə yapışsanız, inşallah, Allahın izni ilə övladınız əməli-saleh bəndələrdən olar. Daha ətraflı: Övladın salehlərdən olması üçün nə etmək lazımdır?