Həcc etmək, yoxsa həccin pulunu sədəqə vermək daha üstündür?

    18.09.2019
Kimdən: 
Rəbbin sevən biri
Sual: 
Salam aleykum.suallarım var size.1)bezenn insanlar olur ki,hecc ziyaretine verilen pulu hansısa kasıba versek yaxşıdır deyirler.bunu demek ne qeder düzgündür?ve bele insanlara ne demeliyik? 2)men namaz qılıram.qohumlara qonaq gedende araq içilir orda.bezen qonaqlıqdakı yaşda menden böyük olur.etiraz edirsen bezen,bezen ede bilmirsen ki,xetirlerine deyer.bizim kimi namaz qılan insanlar nece elesin?onu da deyim qohumlar da namaz qılan insan azdı.men de tek demekle sözüme fikir vermirler.indi neyniyim hec kimin evine getmeyim yoxsa o stolda araq içilirse men basqa otaqda ve ya stoldamı oturum?xahiş edirem etraflı cavablandırardınız.teşekkürler
Cavab: 

Va aleykum salam.

1) Əgər söhbət vacib həcdən gedirsə, sözsüz ki, vacib həcc nafilə sədəqədən daha əfzəldir. Çünki Uca Allah imkanı olan hər bir mükəlləf müsəlmana ömründə bir dəfə həcc etməyi vacib etmişdir. Uca Allah buyurur: "Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur" (Ali İmran, 97).

Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Həqiqətən, qəbul olunan həccin cənnətdən başqa mükafatı yoxdur" (Tirmizi: 2/ 153/ № 807. Nəsai: 5/ 115).

Lakin əgər söhbət nafilə həcdən gedirsə, bu halda bəzən həccin pulunu sədəqə vermək həcc etməkdən daha üstün ola bilər. Xüsusən, əgər ehtiyacı olan adam xəstə və ya çox kasıb olar və ona kömək edən başqa bir insan tapılmazsa, bu halda həccin pulunu ona sədəqə vermək daha yaxşı hesab olunur. Həmçinin oxuyun:

2) Sərxoşedici içki olan məclisdə oturmaq günahdır. Çünki belə edən kəs bu əməllə razılaşmış sayılır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Allaha və axirət gününə iman gətirən kəs içki içilən süfrə başında oturmasın". (İmam Əhməd 1/20; əl-Beyhəqi, 7/366).

Başqa bir hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Sizdən biriniz bir münkər (günah, pis) əməl gördükdə bacarırsa onu əli ilə düzəltsin! Ona qadir olmasa, dili ilə düzəltsin! Ona qadir da olmasa, qəlbi ilə nifrət etsin ki, bu da imanın ən zəif mərtəbəsidir". (Muslim, 175).

İnsan hər şeydən əvvəl Allahın razılığını qazanmağa çalışmalıdır. Əgər Allahın razılığını qazanmaq üçün insanları qəzəbləndirmiş olarsa, Uca Allah elə edəcək ki, o insanlar da ondan razı qalacaq. Əksinə, Allahı qəzəbləndirməklə insanları razı salarsa, Uca Allah ona qəzəbi tutar və o insanları da onun üzərinə qəzəbli edər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu xüsusda buyurur: "Kim insanları qəzəbləndirərək Allahı razı salarsa, Allah da ondan razı olar və insanları da ondan razı edər (Başqa rəvayətdə: Onu insanlara möhtac etməz). Kim də Allahı qəzəbləndirərək insanları razı salmağa çalışarsa, Allah da ona qəzəblənər və insanları da onun üstünə qəzəbli olaraq salar (Başqa rəvayətdə: Onun işini insanlara həvalə edər)". (İbn Hibban, 1/510, ət-Tirmizi, 2414).

Qohumlarınıza bildirin ki, siz içki olan məclisdə iştirak etmirsiniz. Əgər onlar buna görə sizdən inciyirlərsə, bu artıq sizin günahınız deyil. Həmçinin oxuyun:

İçki içməyin günahı

Paylaş: