Gələcəyim barədə daima narahat oluram, bundan necə qurtula bilərəm?

    20.09.2019
Kimdən: 
....
Sual: 
Salam daimi narahatlq sixinti qorxu wupe pis fikirler icindeyem sevdiyim insanla tez zamanda ayle quracam ele bilremki xowbext ola bilmerem her sey pis geder heytmda buda pis fikirlermden ireli gelr gah yaxsi gahda pis duwunurem heyatm haqda meni cox narahat edir bunlardan nece qurtula bilerem?birdeki bu saydiqlarim weytanin mene vesvesesi ola biler?zehmet olmasa komek ederdiz mene
Cavab: 

Va aleykum salam. Qeyd etdiyiniz bu fikirlər Qədərə imanın zəifliyindən irəli gəlir. Allaha iman gətirən insan bilməlidir ki, gələcəkdə baş verəcək hadisələr Allahın əlindədir və biz hələ analarımızın bətnində olarkən gələcəyimiz artıq Allah tərəfindən təqdir olunmuş və yazılmışdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Sizin hər birinizin yaradılışı qırx gün ərzində anasının bətnində cəm olunur, sonra bir o qədər müddət qan laxtası, sonra bir o qədər müddət ət parçası olur. Sonra Allah onun yanına mələk göndərir və ona dörd şey əmr edilir. Allah buyurur: "Əməlini, əcəlini, ruzisini, bədbəxt və ya xoşbəxt olacağını yaz!" (Səhih əl-Buxari, 2969, 3208).

Bu səbəbdən siz gələcək barədə narahat olmayın, yaşadığınız günü Allaha imanla, Onun əmrlərinə tabe olub qadağalarından çəkinməklə yaşayın. Uca Allah mömin olaraq yaşayanların xoşbəxt həyat sürəcəyini vəd verərək buyurur: "Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq" (ən-Nəhl, 97).
Əksinə, Allahın zikrindən, Onun ibadətindən uzaq olanları isə sıxıntılı həyat gözləyir. Uca Allah buyurur: "Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik" (Taha, 124). 
Həmçinin, çalışın gələcək barədə gözəl şeylər düşünün və Allah barədə gözəl zənn edin. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Uca Allah buyurur: "Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Əgər o, xeyir zənn etsə, ona xeyir veriləcəkdir. Əgər o, şər zənn etsə, ona şər veriləcəkdir". (İbn Hibban, 639). 
Əlinizdə olan nemətləri kiçik saymayın. Bu nemətlərə görə Allaha şükür edin ki, Uca Allah bu nemətləri daha da artırsın. Uca Allah bu xüsusda buyurur: "Ozaman Rəbbiniz bildirmişdi: "Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidiir". (İbrahim, 7). 
Hər bir işinizdə Allaha təvəkkül edin. Allah Ona təvəkkül edənlərə yetər. Uca Allah buyurur: "Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur". (ət-Talaq, 3). Həmçinin oxuyun:
Qədərə iman
Qədərə iman gətirməyin faydaları

 

Paylaş: