Oral intim əlaqədən imtina etdiyimə görə günah qazanırammı?
Va aleykum salam. Ərinizin sizdən oral intim tələbini qəbul etməyin və bu əməldən imtina edin. Çünki bu əməl əxlaqa ziddir və natəmizlikdir. Ərinizə gözəl şəkildə izah edin ki, Uca Allah qadına yalnız şəriətin buyurduğu qaydada yaxınlaşmağı buyurmuşdur. Uca Allah buyurur: "Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın". Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da". (əl-Bəqərə, 222).
Növbəti ayədə isə belə buyurulur: "Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın. Özünüz üçün qabaqcadan yaxşı işlər hazırlayın". (əl-Bəqərə, 223).
Bəziləri bu ayəni əsas gətirərək bu əməlin icazəli olduğunu iddia edirlər. Halbuki, İbn Abbas (Allah onlardan razı olsun) bu ayənin təfsirində demişdir: "(Burada) tarla uşağın dünyaya gəldiyi yerdir".
"Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın" - yəni, eyni yerə (cinsiyyət orqanına) olmaq şərti ilə istər ön tərəfdən, istər arxa tərəfdən istədiyiniz kimi tarlanıza yaxınlaşın. Necə ki, bu barədə hədislər sabit olmuşdur". (Təfsir İbn Kəsir).
Həmçinin bilmək lazımdır ki, ağız insanın şərəfli orqandır. Uca Allah onu yemək, içmək, danışmaq, zikr etmək və s. bu kimi zəruri və uca məqsədlər üçün yaratmışdır. Ağızın bundan qeyri məqsədlər üçün istifadə edilməsi düzgün deyil.
Digər tərəfdən tibb sübut etmişdir ki, oral intim əlaqə ilə məşğul olanların əksəriyyətində ağız xərçəngi kimi tanınan "HPV16" virusu olur və bu virusun müalicəsi yoxdur. Həmçinin, bu sualların cavablarını oxuyun:
İslamda oral intim əlaqəyə münasibət necədir?
Oral cinsi əlaqə icazəlidirmi?
Cinsi əlaqə hansı şəkildə olmalıdır?