əl-Əraf surəsinin 53-55-ci ayələrinin ərəbcə oxunuşunu yaza bilərsiz?

    20.09.2019
Sual: 
Sələm Aleykum və Rahmətullah Əl-Əraf surəsinin 53,54,55 ci ayələrinin ərəbcə oxunuşunu yaza bilərsiz? təşəkkürlər
Cavab: 

Va aleykumus-sələm va rahmətullahi va bərakətuhu. Əvvəla bilmək lazımdır ki, ərəb dilində olan hər hansı bir ayənin və ya duanın oxunuşunu (transkripsiyasını) ərəb dilində olduğu kimi yazmaq mümkün deyil. Buna səbəb isə ərəb dilində olan bəzi hərflərin səslənməsinin ana dilimizdəki qarşılığının olmamasıdır. Buna görə də sizə ərəb əlifbasını və Quranın oxunuş qaydalarını öyrənməyi məsləhət görürük. Bunu qısa müddətə öyrənmək mümkündür.

Teqlər: 
Paylaş: