Borc dəftərində haram qida alanların yazdığı borcları ödəmək düzgündürmü?

    23.09.2019
Sual: 
Salam.Günümüzdə xeyli xeyir sevər insanlar var mağazalara girib nisyə defterlərini satın alırlar və insanların borclarını silirlər ama bir şey diqqetimi çəkir bu nisyə defterlərində spirtli içkilər haram qidalarda yer alır bəs bunların pulunu kiminsə yerinə ödəmək nə dərəcədə düzgündür?zəhmət olmasa ayfınlıq gətirin.təşəkkürlər
Cavab: 

Va aleykum salam. Siyahıda haram qıda alanların borcları olsa belə, əgər onlar insanların borclarını Allah rizası üçün ödəyirlərsə, sözsüz ki, buna görə savab qazanırlar. Çünki, onların niyyəti yaxşılıq etmək olmuşdur. Uca Allah buyurur: "Yaxşı işlər görənləri danlamağa əsas da yoxdur" (Tövbə, 91).

Həmçinin buyurur: "Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır" (əz-Zəlzələ, 7).  

Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Həqiqətən bütün əməllər niyyətlərə bağlıdır. Hər kəsə də yalnız niyyət etdiyi şey qalacaqdır...". (əl-Buxari, 1).

Buna baxmayaraq həmin xeyriyyəçi insanlar nisyə dəftərində qeyd olunan insanlardan halal qida alanları ayıraraq yalnız onların borclarını ödəyə bilərlər. Çünki, içki, siqaret, donuz əti istifadə olunan məhsullar və s. bu kimi haram qida alanların borclarını ödəmək onların gələcəkdə haram qidalar almağa davam etmələrinə səbəb olacaq. Adətən, mağaza sahibi hər adama nisyə vermir, yalnız yaxşı tanıdığı insanlara nisyə verir. Bu səbəbdən o, nisyə dəftərində adları qeyd olunanları tanıyır və bu insanlardan kimlərin halal, kimlərin də haram qida aldığını bilir. Nisyə dəftərində olan borcları ödəmək istəyən yalnız ehtiyac içində olan və halal qida alanların borclarını ödəyə bilər.

Teqlər: 
Paylaş: