Naməhrəm qadınla yazışmağı tərk etdiyimə görə ondan üzr istəməliyəmmi?
Sual:
Salam eger evvel bir xanımla yazişırdımsa.Amma indi namaz qılıram deyə yazişmıram.Ve eger o xanımın gelbi sinibsa men onnan uzür istemeliyem?
Cavab:
Va aleykum Salam. Naməhrəm qadınla yazışmaq haramdır. Bu çirkin günahdan Allaha tövbə edib bağışlanma diləyin. Qadından üzr istəməyə ehtiyac yoxdur. Çünki, siz Allahın haram etdiyindən çəkinmisiniz. Naməhrəmlə yazışmaq şeytanın hiylələrindən biridir. Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32).
Ayədən göründüyü kimi Uca Allah zinaya yaxınlaşmağı qadağan edir. Zinaya yaxınlaşmamaq zinaya aparan səbəblərdən uzaqlaşmaq deməkdir. Bu səbəblərdən ən başlıcası isə naməhrəmə baxmaq və onunla ünsiyyət qurmaqdır. Həmçinin oxuyun: