Mömin qadın deist kişi ilə ailə qura bilərmi?

    03.10.2019
Kimdən: 
ilahe
Sual: 
Salam.Allaha, peygemberine ve dinine inanan, ibadeten eden bir xanim var. Bu xanim aile qurmaq erefesindedir. Amma aile qurmaq istediyi kisi ona deist oldugunu deyir. Deist yalniz Allaha inanir. Dinlere inanmir.lakin bildirir ki her kesin inancina sonsuz hormeti var. Bele bir insanla aile qurmaginda xeyir varmi? Ne etmelidi? Bele dusunen birisiyle evlense gunahmi eder? Zehmet olmasa cavablandirin. Cox sagolun
Cavab: 

Va aleykum salam. Uca Allah mömin qadınların yalnız mömin kişilərlə ailə qurmalarını buyurur, kafir kişilərlə ailə qurmalarını isə qadağan edir. Uca Allah bu xüsusda buyurur: "Müşrik kişilər iman gətirməyincə mömin qadınları onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar" (əl-Bəqərə, 221).

İbn Kəsir bu ayənin təfsirində deyir: "Uca Allah buyurur: “Müşrik kişilər iman gətirməyincə mömin qadınları onlara ərə verməyin”- yəni, mömin qadınları müşrik kişilərə ərə verməyin. Necə ki, başqa ayədə buyurur: “Nə bunlar (mömin qadınlar) onlara (kafir kişilərə) halaldır, nə də onlar bunlara halaldırlar” (əl-Mumtəhənə, 10).

Sonra Uca Allah buyurur: “Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir”- yəni, mömin kişi həbəşi qul olsa belə, adlı-sanlı müşrikdən daha xeyirlidir. Çünki, “Onlar Oda çağırırlar”- yəni, onlarla yaşamaq, onlarla birlikdə olmaq insanı dünya sevgisinə, dünya malını toplamağa və dünya həyatını Axirətdən üstün tutmağa sürükləyir. Bunun isə aqibəti çox pisdir. “Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir”- yəni, Allah isə buyurduğu şəriəti, əmr və qadağaları ilə insanları Cənnətə və bağışlanmağa çağırır. Həmçinin, "O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar."

Deist müsəlman sayılmır. Çünki o ancaq Allahın varlığına inansa da, imanın digər əsaslarına - Allahın təkliyinə, ad və sifətlərinə, mələklərinə, kitablarına, peyğəmbərlərinə, ölümdən sonrakı bərzəx həyatına, Cənnət və Cəhənnəmə, qədərin xeyir və şərinə iman gətirmir. Bu səbəbdən mömin qadının deistlə ailə həyatı qurması haramdır və buna görə günah qazanır. Həmçinin oxuyun:



Teqlər: 
Paylaş: