Ölülər üçün Quran oxunurmu?
Sual:
Salam aleykum
imamlarin hedislerinde oluler ucun sure oxunur amma sizin saytda yazilib ki oxunmur
Cavab:
Va aleykum Salam. İmamlar Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) davamçıları olmuşlar. Onlar din barədə Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) etmədiyi və buyurmadığı bir şeyi deməmişlər. Saytımız Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) gələn səhih hədislərə əsaslanır. Səhih hədislərdə isə nə Peyğəmbərin (salləllahu aleyhi və səlləm), əhli beytinin, nə də səhabələrinin ölülərə Quran oxumaları qeyd edilməmişdir. Quranı ölüyə oxumağın bir faydası olsaydı, Peyğəmbərimiz bunu edərdi və səhabələrinə də buyurardı. Daha ətraflı bu sualların cavablarını oxuyun:
Quranı oxuyub ölüyə tapşırmaq olarmı?
Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər?