Evlənmək məqsədilə danışdığın naməhrəm qadına "səni sevirəm" demək olarmı?
Sual:
Salam aleykum bağışlayin bir mesele haqqinda sorusmaq isdeyirem sevgi vaxti xanima gozel sozler demek olarmi?seni sevirem ve basqa gozel sozler? Ve onu teriflemek xanimla cidi yeni evlenmek meksedi ile danisiriq zehmet olmasa sualin cavabini loru dilde basa salardiz
Cavab:
Va aleykum Salam. İslam dininə görə evlənmək məqsədilə olsa belə, kişinin naməhrəm qadınla nikah bağlamadan təklikdə danışması qadağandır. Kişi qadınla ancaq onun məhrəminin (ata, qardaş, əmi və s.) iştirakı ilə danışa bilər. Xüsusən də naməhrəm qadına "səni sevirəm" və s. bu kimi sözlər demək fitnəyə səbəb ola bilər. Bu barədə daha ətraflı bu sualların cavablarında oxuyun:
Naməhrəmlə danışmaq günahdırsa, insanı tanımamış necə evlənək?
Qızla oğlanın internetdə yazışması günahdırmı?