Boşanmış qadınla nə zaman kəbin kəsdirmək olar?
Va aleykum salam. Uca Allah boşanmaq üçün müəyyən şərtlər qoymuşdur. Əri tərəfindən boşanmış qadının başqasına ərə getməsi üçün qadın ərinin ona: "Səni boşadım" - deməsindən sonra iddə müddətinin başa çatmasını gözləməlidir. Heyz olan qadınlarda isə bu müddət qadın üç dəfə heyz olana qədərdir. Hamilə qadınlarda isə bu müddət uşaq dünyaya gələnə qədərdir. Heyz olmayan qadınlarda isə üç aydır. Bu müddət bitməyənə qədər qadın ərə gedə bilməz və iddə müddəti bitməmiş bağlanan nikah batil sayılır. Əgər qadın ərindən boşandıqdan sonra iddə müddəti başa çatmışsa, bu qadınla şəriətin buyurduğu qaydada - vəlinin (qadının atası, qardaşı, əmisi, babası və s.) izni və iki şahidin iştirakı ilə evlənmək icazəlidir. Nikah din xadimi, məscid imamı, qazi, kənd ağsaqqalı və s. bu kimi məsul şəxslər tərəfindən kəsilməlidir. Nikahın kəsilmə qaydası barədə bu cavablardan oxuya bilərsiniz: