Boşandıqdan sonra uşağı atadan ayıran qadının hökmü nədir?

    05.11.2019
Kimdən: 
Nmuvahhida
Sual: 
Qadinl kishi ayrılarkən..qadın uşağı ataya verməyəcəyinə təhdid edir. Uşağı atadan ayiranin hökmü nədir?
Cavab: 

Əssələmu aleykum. Şəriətə görə boşandıqdan sonra uşaqlar ananın himayəsində qalmağa daha haqlıdır və ata yalnız ananın razılığı ilə uşaqları ondan ala bilər. Lakin əgər qadın boşandıqdan sonra ərə gedərsə, bu halda uşaqlar atanın himayəsinə keçməlidir. İstər uşaqlar ananın himayəsində olsun, istər atanın hər iki vaideynin uşaqları görmək, onlara qayğı göstərmək haqqı var və valideynlərdən biri öz haqqından istifadə edib əziyyət vermək üçün digərini bu haqdan məhrum edə bilməz. Boşandıqdan sonra ana və atanın uşağa görə bir-birilərinə əziyyət verməsi qadağandır və belə etmək sözsüz ki, günahdır. Uca Allah bu xüsusda buyurur: "Nə anaya öz övladına görə, nə də ataya öz övladına görə zərər verilməməlidir" (əl-Bəqərə, 233).

İbn Kəsir bu ayənin təfsirində demişdir: "Yəni, qadın ataya əziyyət vermək məqsədilə uşağı özündən ayırıb saxlamaq üçün ataya verməməlidir. Qadın uşağı dünyaya gətirdikdən sonra onu öz südü ilə əmizdirmədən atasına verə bilməz. Çünki, uşaq dünyaya gəldikdən sonra həyatda qalması üçün ana südünə möhtac olur. Qadın uşağı kifayət edəcək vaxta qədər əmizdirdikdən sonra istəsə, uşağı atasına verə bilər. Lakin, əgər uşağı ataya verməkdə məqsədi ataya zərər vermək olarsa, bu halda uşağı ataya vermək qadına halal deyil. Eyni ilə kişiyə də qadına zərər vermək məqsədilə uşağı ondan alması halal deyil". Bu barədə daha ətraflı məlumat almaq üçün bu linklərə daxil olun:

Boşandıqda uşaqlar atada qalır, yoxsa anada?

Uşağı atasına göstərmədiyimə görə günah qazanırammı?

Teqlər: 
Paylaş: