Namazdan sonra səcdədə dua edərkən dəstəmazın pozulması namazı batil edirmi?

    30.11.2019
Sual: 
Namazi qildim qurtardim secdede dua ederken yel cixdi özündən aslı olmayaraq duani saxladi günah varmi ve ya namazi batil edirmi
Cavab: 

Əssələmu aleykum. Namaz qılan insan sağ çiyninə salam verməklə artıq namazını bitirmiş sayılır və bundan sonra dəstəmazı pozan hər hansı bir səbəbin baş verməsi onun namazını batil etmir. Namazdan kənar dua etmək məqsədilə səcdəyə qapanmaq düzgün deyil. Çünki Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə etməmiş və bizə də buyurmamışdır. Peyğəmbərimizin (ona və ailəsinə Allahın salavatı və salamı olsun): "Bəndənin Rəbbinə ən yaxın vaxtı səcdə halında olur, (səcdədə) duanı çoxaldın" (Muslim, 782) - sözünə gəlincə, bu hal yalnız namaza aiddir. Həmçinin, dua edərkən dəstəmazlı olmaq şərt deyil və insandan qeyri-ixtiyari olaraq yel çıxması günah sayılmır. Lakin dua edərkən dəstəmazlı olmaq duanın ədəblərindən biridir. Namazı batil edən amillər və duanın ədəbləri barədə daha ətraflı bu cavabları oxuyun:

Teqlər: 
Paylaş: