Kəbin kəsilərkən qadına mehr verilməyibsə, kəbin düzgün sayılırmı?

    19.12.2019
Sual: 
salam.eger kebin kesilende kiwi arvadina hec bir wey vermeyibse qadin kiwiye kebini pozduracagini deyir kiwi ise onunla gelmirse qadin tekbaaina o kebini pozdura biler?
Cavab: 
Va aleykum salam. Kəbin kəsdirərkən tərəflərin razılığından sonra qadının vəlisinin (ata, qardaş, əmi və s.) icazəsi və iki şahidin iştirakı mütləq olmalıdır. Kəbin kəsdirərkən kişinin qadına mehr verməsi vacib olsa da, kəbinin şərtlərindən sayılmır. Bu səbəbdən mehr verilmədən də kəsilən kəbin etibarlı sayılır.
Qadının kəbini ləğv etməsinə gəlincə, şəriətə görə bu səlahiyyət yalnız kişiyə aiddir və qadın bunu özbaşına edə bilməz. Uca Allah Quranda nikah müqaviləsinin kişinin əlində olduğunu bildirərək buyurur: "Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını onlara verməlisiniz. Qadınların bunu ərlərinə bağışlaması və ya əlində nikah müqaviləsi olanın bunu qadına bağışlaması isə istisnadır" (əl-Bəqərə, 237).
İbn Kəsir bu ayənin təfsirində deyir: "İbn Əbu Hətim rəvayət edir ki, Şureyh demişdir: “Bir dəfə Əli ibn Əbu Talib (Allah ondan razı olsun) məndən nikah müqaviləsi olan kəs barədə soruşdu. Mən ona: “O, qadının vəlisidir (himayədarıdır)”- dedim. Əli dedi: “Xeyr, o ərdir”. (əd-Dəraqutni, 3713, 3757; əl-Beyhəqi “Sunənul-Kubra” 14223, 14835).
Sonra İbn Əbu Hətim Səid ibn əl-Museyyib, Səid ibn Cubeyr, Mucahid, əş-Şabi və başqalarından nigah müqaviləsinin ərin əlində olmasını rəvayət etmişdir".
Həmçinin, bilmək lazımdır ki, qadının səbəbsiz yerə boşanma tələb etməsi böyük günahdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə, Cənnətin iyi ona haram olar". (İbn Məcəh, 1672; Əbu Davud, 2209). Həmçinin oxuyun:
Qadın kəbini pozdura bilərmi?
Talaq (boşanma)
Teqlər: 
Paylaş: