Xoşuna gələn qadını cadu etmək olarmı?
Salam aleykum. Niyyətində olduğunuz şeylər - həm zina (ailədən kənar nikahsız cinsi münasibət), həm də cadu etmək həlakedici günahlardandır və Cəhənnəm əzabına aparır. Tövbə edərək bu əməlləri tərk etməyinizi sizə nəsihət edirik. Zinadan qorunmaq üçün evlənmək, evlənə bilmədikdə isə özünü zinadan qorumaq üçün oruc tutmaq lazımdır. Həmçinin gözünüzü harama baxmaqdan qoruyun. Cadu etmək haqqında isə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "(Sahibini) həlak edən yeddi günahdan çəkinin!", və onların şirk, sehr etmək, cana qəsd etmək (öldürmək), yetimin malını haqsız olaraq yemək, riba (faiz) yemək, döyüş meydanından qaçmaq və günahsız mömin qadınları zinakarlıqda ittiham etmək – olduğunu bildirmişdir". (Səhih əl-Buxari və Səhih Muslim). Daha ətraflı:
Başqasının sevgilisini necə unutmaq olar?
Zina və ondan necə qorunmaq haqqında
Sevdiyim xanımın məni sevməsi üçün cadu etmək olarmı?