Fal günahdırsa, niyə vergili insanlar var?

    19.01.2020
Kimdən: 
Aysu
Sual: 
Salam DEYIRLER Fal baxdirmaq gunahdir.Bes nie vergili insanlar var.?Fal gunahdirsa ALLAH NIE VERGI VERIB?Menim tanidiqim var baxib deyir bele olacaq ele olacaq dediylerinin 50faizi cixir.deyirem nece bilirsen deyir ALLAH VERGI VERIB MENE bu barede ne ddye bilersiz.Men Namaz qiliram amma baxdiriramda.Amma icimde fala baxdirdiqim ucun ele boyuk Narahatcilik varki.Baxdiriram baxdirandan sora cox pesman oluram...AMMA TERGIDEDE BILMIREM Onuda bildirimki ALLAHA BOYUK INANCIM VAR.gUnahdan qorxuram amma bu emelimide tergide bilmirem.
Cavab: 

Va aleykumus-sələm. Əvvəla bunu bilməlisiniz ki, gələcəyi Uca Allahdan başqa heç kəs bilə bilməz. Uca Allah buyurur: "De: "Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər". (ən-Nəml, 65). Dinimizdə "vergi" deyilən bir şey də yoxdur. Bu, sadəcə yalançı falçıların insanları cəlb etmək üçün uydurduqları bir sözdür. Çünki əgər onlar insanlara sehrbaz və ya falçı olduqlarını desələr sözsüz ki, insanların əksəriyyəti fala baxmağın haram olduğunu bildikləri üçün onlardan üz çevirər. Lakin onlar "mənə Allah tərəfindən vergi verilib" - deməklə dini savadı az olan insanları inandıra bilirlər. Halbuki onların dedikləri və etdikləri sehr və cadudur. Onlar şeytanlarla əlaqəyə girib müəyyən məlumatlar əldə edirlər. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Allah göydə bir iş ba­rəsində qərar verdiyi zaman mələklər Onun əmrinə müntəzir olduqlarını bil­dirərək qanadlarını çarpırlar və bu vaxt elə bir səs gəlir ki, sanki bir to­pa zənciri qayaya çırpırlar. Nəhayət, "mələklərin qəlbindən qorxu keçib getdikdə onlar: "Rəb­biniz nə buyurdu?" - deyə soruşur­lar...". (Səba, 23). Onlara belə cavab verilir: "Haqqı buyurdu! O, Ucadır, Bö­yük­dür!" (Səba, 23). Oğrun-oğrun qulaq asan şeytanlar bu sözləri eşidirlər. Bundan ötrü onlar bir-biri­nin üs­tü­nə çıxırlar. Olur ki, mələklərin söhbətinə qulaq asan şeytanı düşən ul­duz təqib edir və o, eşitdiyini aşağıda duran yoldaşına çatdırma­mışdan əv­vəl həmin ulduz onu yandırıb yaxır. Bəzən də ulduz ona dəyməmişdən əv­vəl o, eşitdiyini altında duran dostuna ötürür. Beləcə, şeytanlar bu eşitdik­lə­ri­ni yer üzünə çatdırır və onu sehrbaza təlqin edirlər. Sehrbaz da eşitdiyi sö­zə yüz yalan əlavə edir. (Sehrbazın de­dik­­lərinin düz çıxdığını görən avam) insanlar isə deyirlər: "Məgər o bizə fi­lan gün filan, filan hadisə baş verəcəyini xəbər verməmişdi?" Gör səmadan eşidilən söz insanları ona inanmağa necə vadar edir". (Səhih əl-Buxari, 4701).
Bu səbəbdən etdiyiniz əməldən tövbə edin və bir daha fala baxdırmayın. Falçının yanına gedib onun dediyini təsdiqləmək İslamdan çıxaran küfür əməldir. Bu barədə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Kim kahinin yanına gedər və onun söylədiyini təsdiq edərsə Muhəmmədə nazil olanı inkar etmişdir". (Sunən ət-Tirmizi). Həmçinin oxuyun:
Falçılar necə olur ki, doğru xəbər verirlər? 
Allah tərəfindən kiməsə vergi verilə bilərmi?
Cadudan necə qorunmaq olar? 
Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim? 

Paylaş: