Namazın vaxtı çıxırsa nəqliyyatda namaz qılmaq olarmı?

    21.03.2020
Kimdən: 
Emrah
Sual: 
Namazin vaxti gecikirse eve catana qeder novbeti namazin vaxti girirr o halda neqliyatda namazi qilmaq olar oturlu halda
Cavab: 

Əssələmu aleykum. Ümumiyyətlə namaz qılan insan istənilən hallarda və getdiyi yerlərdə ilk olaraq namazlarını necə qılacağını əvvəlcədən düşünməlidir və işlərini buna görə tənzimləməlidir. Çünki Uca Allah namazları vaxtında qılmağı əmr edərək buyurur: "Namazları və xüsusi ilə də (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun" (əl-Bəqərə, 238). Başqa bir ayədə buyurur: "Vay halına o namaz qılanların ki, onlar namazlarında səhlənkardırlar" (əl-Məun, 4-5). Yalnız zərurət halında - nəqliyyatı saxlatmaq və düşmək imkanı olmadıqda namazı minikdə qılmaq olar. Əgər namaz vaxtı nəqliyyatdan düşmək mümkündürsə, bu halda namazı nəqliyyatda qılmaq olmaz. Həmçinin oxuyun: Minikdə gedərkən namaz necə qılınır?

Teqlər: 
Paylaş: