Naməhrəmin sualına cavab vermək olarmı?
Əssələmu aleykum. Naməhrəm qadınla təklikdə qalmamaq və fitnəyə səbəb ola biləcək söhbətlər etməmək şərtilə danışmaq olar. Qadınlar Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) yanına gəlib ona dini və dünyəvi mövzularda suallar verirdilər. Peyğəmbərimiz də onların suallarını cavablandırardı. Fitnəyə səbəb olacaq söhbət dedikdə qadını özünə cəlb etmək, könlünü ələ almaq məqsədilə edilən söhbətlər nəzərdə tutulur. Qadınla təklikdə qalmaq və ya camaat içində olsa belə qadını özünə cəlb etmək məqsədilə onunla söhbət etmək haramdır və bu fitnəyə gətirib çıxaran səbəbdir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Naməhrəm kişi və qadın təklikdə qalarlarsa, arasındakı söhbətdə üçüncü tərəf şeytandır" (ət-Tirmizi, 2165). Yəni şeytan onların hər ikisinə pis niyyətlər və fikirlər vəsvəsə edəcək. Həmçinin oxuyun: