Dualarımın qəbul olunmamasının səbəbi nədir?

    09.02.2020
Kimdən: 
Gunay
Sual: 
Salam Allah sizden razi olsun suallari cavabladiqniz ucun.sualim budurki indiyekimi hec bir duam qebul olmayib orucda tuturam namazda qiliram cox cetinlikler yashamisam yenede allah shukr edib sebrle edirem.ne vaxt allaha dua edib yalvariramsaki yoldshimin ishleri yoluna dushsun borcdan qutarsin inanin allaha hemin gun o ickili veziyyetde eve gelir.bunu ne ile elaqelendire bilersiz?yeni men nece edimki dualarim qebul olunsun?ya gunahim coxdurmu?qebul edilmir?axi ibadetimi edirem bacardiqca yaxshiliq edirem nedi axi sebeb?doqulduqum gunden acilarla cetinliklerle yashayiram bes niye azalmir gunahihlarim coxdursa?birdeki dunyadan kocmus atama ve 10gunluk oqlum ucun ne ede bilerem dua ve ya?
Cavab: 

Va aleykumus-sələm. Uca Allahın adilliyindəndir ki, O heç kəsin duasını boşa çıxartmır. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: "Hər bir müsəlman günah və qohumluq əlaqələrinin kəsilməsini tələb etmədən dua edərsə, Allah Təala ona bu üç şeydən birini mütləq verər: Ya istədiyini tezliklə verər, ya Qiyamət gününə saxlayar (Qiyamət günü savabı verilər), ya da ki, etdiyi duasına bərabər olan bəlanı ondan uzaqlaşdırar. Səhabə dedi: Onda (duanı) çoxaldaqmı? Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dedi: Allah daha çox əta edən və cavab verəndir". (Əhməd, 3/18; Sahihu-l-Ədəbi-l-Mufrad" 574).

Duaların qəbul olunmamasının səbəblərinə gəlincə, bir neçə səbəbdən ola bilər. Bu barədə daha ətraflı bu sualların cavablarını oxuyun:

Teqlər: 
Paylaş: