Evli kişi subay qızla kəbin kəsdirə bilərmi?
Sual:
Evli kişiylə subay qız kəbin kəsdirə bilər?
Cavab:
Əssələmu aleykum. Şəriətə görə kişi eyni vaxtda dörd qadınla evli ola bilər. Uca Allah buyurur: "xoşunuza gələn sizə halal olan başqa qadınlardan ikisi, üçü və dördü ilə evlənin" (ən-Nisa, 3). Buna görə də evli kişiylə subay qız kəbin kəsdirə bilər. Lakin kəbin kəsdirərkən qızın vəlisinin (atasının, qardaşının, əmisinin və s.) izni və iki şahidin olması şərtdir. Əgər qızın vəlisinin bu evlilikdən xəbəri yoxdursa və ya evliliyə icazə vermirsə bu halda kəbin kəsdirə bilməzlər. Həmçinin oxuyun: