Toyuğu kəsərkən dilini çölə çıxarmaq vacibdirmi?
Va aleykumus-sələm. Heyvanı kəsərkən (fərq etməz istər quş olsun istər mal-qara) əsas olan Allahın adını çəkərək "Bismilləh" demək və heyvanın boğazını (nəfəs və qida boruları ilə iki şah damarını) kəsməkdir. Heyvanı qibləyə çevirmək müstəhəbdir. Toyuğu kəsərkən dilinin çölə çıxarılması barədə şəriətdə bir şey buyurulmayıb. Əksinə əgər bu əməl heyvana əziyyət verirsə, o halda bu əməli tərk etmək lazımdır. Çünki dinimiz heyvanı kəsərkən ona əziyyət verən hər şeydən çəkinməyi buyurmuşdur. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: "Allah hər şeyə yaxşılıq etməyi vacib etmişdir. Odur ki, öldürdükdə gözəl şəkildə öldürün, heyvanı kəsdikdə gözəl şəkildə kəsin! Heyvanı kəsərkən bıçağınızı yaxşı itiləyin ki, kəsdiyiniz heyvana əziyyət verməyəsiniz" (əl-Buxari: 5503. Müslim: 1986). Həmçinin oxuyun: