"Onun (uşağın) bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir" (əl-Əhqaf,15) ayəsinin açıqlaması nədir?

    24.02.2020
Kimdən: 
İstifadəçi.
Sual: 
Salam aleykum.Ateistler deyir Ehqaf aye 15de riyazi sehv var.Orada ana betninde uşağın inkişafı müddeti ve süd vermek müddeti cemi 30 ay kimi gösterilir,halbuki 33 olmalı idi. Cavablandìrardiniz çetin deyilse.
Cavab: 

Va aleykumus-sələm. əl-Əhqaf surəsinin 15-ci ayəsində Uca Allah buyurur: "Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu bətnində əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir". 

Bu ayədə Uca Allah tam hamiləliyi deyil, hamiləliyin ən az müddətini diqqətə çatdırmışdır. Belə ki, uşaq ən tez altı ayda doğulur. Çünki süddən ayırma müddəti iki ildir (24 ay). 30 aydan 24 ayı çıxdıqda yerdə 6 ay qalır. Bu isə o deməkdir ki, uşaq altı aylıq da doğula bilər. Petğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dövründə insanlar hamiləliyin doqquz ay olduğunu yaxşı bilirdilər və bunun şahidi olurdular. Uşağın altı ayda doğulması isə çox nadir baş verirdi. Uşağın altı aylıq doğulması kimdəsə şübhə doğura bilərdi və səhv qərar verə bilərdi. Bu səbəbdən Uca Allah bu ayə ilə bildirir ki, uşaq altı aya da doğula bilər. İbn Kəsir bu ayənin təfsirində demişdir:

"Əli (Allah ondan razı olsun) bu ayə ilə Uca Allahın Loğman surəsindəki: "Onun süddən kəsilməsi isə iki il ərzində olur" (Loğman, 14) və əl-Bəqərə surəsindəki: "Analar öz övladlarını tam iki il əmizdirsinlər" (əl-Bəqərə, 233) ayəlirini cəm edərək hamiləliyin ən az müddətinin altı ay olması qənaətinə gəlmişdir. Bu qənaət doğru və güclüdür. Osman və bir çox səhabələr (Allah onlardan razı olsun) onun bu qənaəti ilə razılaşmışlar". 

Teqlər: 
Paylaş: