Hamamda cinsi əlaqədə olmaq olarmı?

    12.03.2020
Kimdən: 
Mete
Sual: 
Salam aleykum. er ve arvad hamamda çime bilerlermi ve cinsi elaqede ola bilerlermi?
Cavab: 

Va aleykumu salam. Ərlə arvadın birlikdə hamamda çimməsi icazəlidir. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) öz zövcələri ilə birlikdə çimməyi haqda səhih hədislərdə xəbər verilir. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, mən Peyğəmbərlə (Allahın ona salavatı və salamı olsun) birlikdə bir qabdan – "fə­rəq" de­yi­lən bir qədəhdən su götürüb qüsl edərdik. (əl-Buxari, 250).

Ərlə arvadın hamamda cinsi əlaqədə olmasına gəlincə, bu barədə dinimizdə bir qadağa gəlməsə də, daha yaxşı olar ki,  onlar natəmiz yerlərdə cinsi əlaqəyə girməkdən çəkinsinlər. Çünki belə yerlər şeytanların daimi olduğu yerlərdir. Səhih bir hədisdə Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: "Həqiqətən bu yerlər (ayaqyolu və hamamlar) şeytanların olduğu yerlərdir. Sizlərdən biri oraya (hamama və ya ayaqyoluna) girdikdə qoy: "Allahummə inni əuzu bikə minəl xubsi vəl xəbais" (Allahım, dişi və erkək cinlərin şərrindən Sənə sığınıram) - desin!" (Əbu Davud, 1/ 21/ 4). Həmçinin oxyun:

Təharətdə zikr etmək olarmı?

Cinsi əlaqəyə girmək istəyərkən oxunmalı dua hansıdır?

Teqlər: 
Paylaş: